Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2021 15:00
Mütəmadi olaraq idman etməklə yanaşı, bəzi qidalarla qarın bölgəsindəki yağları daha sürətlə əritmək mümkündür.
Sonxeber.net Axşam.az-a istinadən gecə yatarkən bədəndəki, xüsusilə qarın bölgəsində olan yağları əritməyə yardımçı olan reseptləri təqdim edir.
Tərkibi:
yarım limon
3 xörək qaşığı (az yağlı) qatıq
yarım çay qaşığı sarıkök
Ləvazimatları qabda yaxşıca qarışdırdıqdan sonra yatmazdan 30 dəqiqə əvvəl yeyin. Yedikdən sonra hər hansı başqa bir qida qəbul etməyin.
Qaraciyərində yağlanma problemi yaşayan insanların da istifadə edə biləcəyi bu qarışıma 1 çay qaşığı acı bibər tozu da əlavə etmək olar.
Tərkibi:
1 limon
250 qram qatıq
4 ədəd cəfəri
4 ədəd şüyüd
Şüyüd və cəfərini incə doğrayın, üzərinə limon suyu və qatıq əlavə edin. Qarışdırdıqdan sonra həftədə ən az 2 dəfə olmaqla gecə yatmazdan 3 saat əvvəl istehlak edin.