Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2021 20:00
Müxtəlif ölkələrdə ətrafdakı səsin insan sağlamlığına təsiri ilə bağlı çoxsaylı araşdırmalar aparılıb.
Sonxeber.net xəbər verir ki, yaşadığı və işlədiyi yerdə güclü səs-küy insanın eşitmə qabiliyyətinin pozulmasına, nevrotik və s. pozulmalara səbəb olur.
Araşdırmalardan biri göstərib ki, daim səs-küylü şəraitdə yaşayan və ya işləyən insanlarda hipertoniya (yüksək təzyiq) və ürəyin işemik xəstəliyinin inkişafı riski yüksək olur.
Mütəxəssislər evdə və iş yerində səs-küyün səviyyəsini daim kontrol etməyi, lazım olduqda xüsusi vasitələrdən (qulaqcıqlarda və s.) istifadə etməyi tövsiyə edirlər. /medicina.az