Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2021 15:36
Veb saytında göstərildiyi kimi qeyri-adi "məhsul"un qiyməti 120 min rubldan 1 milyon dollara (təxminən 71 milyon rubl) qədər dəyişir.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bakirəliyini satmağa qərar verən 35 Novosibirsk sakininin profili First Nigh xüsusi xidmətində tapılıb.
Bu təşəbbüsdə olan Sibir qızlarının yaşı 18 ilə 27 arasında dəyişir.
Qızlar hərraca çıxardıqlar bakirəliklərini müxtəlif cür qiymətləndirirlər: kimsə təvazökarlıq edib 120 min rubl istəyir. Digərlərinin xırda miqdarla işi yoxdur- 350 min dollar (təxminən 25 milyon rubl) və hətta bir milyon dollar (təxminən 71 milyon rubl) qiymət qoyanlar da var.
"Salam mənim adım ***** dır. Tibb kollecində oxuyuram, üzgüçülüklə məşğulam. Gələcəkdə ailəmə və özümə kömək etmək üçün buradayam", - anketdən çıxarış.
"Bakirəliyimi satmaq istəyirəm. Siqaret çəkmirəm, nadir hallarda içirəm. Münasibətim olmayıb. Maraqlı təkliflər gözləyirəm", - digər anketdən çıxarış
Məlumata görə, ilk elanlar bir ildən çox əvvəl xidmətdə görünüb. Qızların bəziləri özlərini təmin etmək və ailəyə kömək göstərmək üçün bakirəliklərini satmağa qərar verirlər. Biri eyni zamanda varlı bir tərəfdaş tapmağa çalışır, düşünür ki, bunun hesabına gələcəkdə yaşamaq mümkün olacaq.
"Pula ehtiyacım olduğu üçün buna getmək qərarına gəldim. Heç nə itirmirəm. Bəlkə bundan bir şey çıxacaq. İrkutsk vilayətində yaşayıram. Təəssüf ki, yalnız rus dilində danışıram", - başqa bir anketdən çıxarış.
Maraqlıdır ki, bakirəliklərini hərraca çıxaranların əksəriyyəti tələbələrdir.
Hərracda müxtəlif ölkələrin vətəndaşları da iştirak edir. Rusiyadan isə anketdə 1000 nəfər var.