Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2021 17:30
Argentinalı hücumçu milli komandanın heyətində 80 qol vuran Cənubi Amerikada ilk futbolçu oldu.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu əlamətdar hadisə 2022-ci il Dünya Çempionatının seçmə mərhələsinin Uruqvayla (3:0) oyununda baş verib.
Argentinalı oyunun 38-ci dəqiqəsində hesabı açıb.
Bu, Argentina millisində 80-ci yubiley qolu olub. Bu nəticəni əldə etmək üçün Lionel 155 oyunda meydana çıxıb.
Messi oyundan sonra rekorduna görə Cənubi Amerika futbol konfederasiyasının xüsusi mükafatını alıb.