Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2021 20:15
"Həyatın hər üzü bizim üçündür. Hər şey olduğu kimi olacaq. Amma bilmirəm, mən sizin həmin Vüsalı olacam, yoxsa...".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə "7 canlı" proqramında deyib. Bir müddət əvvəl qardaşını avtomobil qəzasında itirən Vüsalə ötən gün efirə çıxıb. Hisslərini bölüşən aparıcı göz yaşlarını saxlaya bilməyib:
"Dırnaqarası cahillikdir, bəzən yazırdılar ki, müharibə ərəfəsində veriliş aparırdın. Amma bu, tək mənim səlahiyətimdə olan iş deyildi. Televiziyalara verilən təlimatlar var. Bizim təqdim etdiklərimiz təlimatlar idi, ona görə də sizin yanınızda olduq. Bu gün burada olmağım, geridə nələr qoyub gəldiyim, danışanda boğazımda düyünlənən o kədər, çəkdiyimı, yaşadığımı, bunu yaşayan insandan savayı heç kim bilmir. Heç kimi qınamamışam. Yaxın insanlarla oturub danışanda belə "Allah bilər, özü bilər" deyən insanam. Həyatı boyu kimsə haqqında "niyə belə etdi" deməmişəm. Deyiblər, filankəs ikinci dəfə ailə qurdu, bunu geyindi, onu etdi... Cavab vermişəm ki, özü bilər.
Hər gün tamaşaçılar yazırdı, qayıdın efirə... Hər birinizə minnətdaram. Bəzən dırnaqarası tamaşaçı, çamur, çirk atmaq istəyənlərə deyirəm, bu günün sabahını bilmək olmur. Heç kimi qınamayın. Böyrək köçürülən insanam. Səhər 7, axşam 7 dərman qəbul edirəm. Artıq yaşam tərzimdir, amma o qədər bəxtəvərlik oxuyurlar ki".