Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2021 04:34
Ana iki azyaşlı oğlunu hündürmərtəbəli binadan atıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, ölümü ilə nəticələnən dəhşətli hadisə Moskva şəhərində baş verib.
Rusiya İstintaq Komitəsinin məlumata görə, uşaqlardan biri 6 aylıq, digəri isə 3 yaşında olub.
Binanın ətrafında uşaqlarla bərabər analarının da cəsədi aşkarlanıb. Məlum olub ki, ana sonra özünü binadan ataraq intihar edib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları qadını bu cür qəddar cinayətə sövq edən səbəbi araşdırır.