Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Korona 3 il davam edəcək - Dəhşət dolu proqnoz

Korona 3 il davam edəcək - Dəhşət dolu proqnoz

Tarix: 13 Oktyabr 2021 09:18

COVİD-19-un yoluxma dinamikasını əsas götürsək, bu virusu keçən əsrin əvvəllərində 3 il mövcud olmuş ispan qripi ilə müqayisə etmək olar.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı virusoloq, professor Aleksey Yakovlev deyib.

"Təbiət ispan qripini yumşaltdı. Xəstəlik 3 il davam etdi. Bu zaman ərzində virusun təbii mutasiyası, insanlar arasında immunitetin formalşaması prosesi baş verdi. Təbiət hələ ki, başqa bir şey tapmadı", - deyə virusoloq bildirib.

Onun sözlərinə görə, COVİD-19 da ispan qripi kimi ağır davam edir və "sitokin fırtınasına" yol açır:

"COVİD-19 müəyyən zamanla mövsümi xarakter daşıyacaq və buna qarşı hər il peyvənd olunmaq lazım gələcək".


Etiketlər:  Korona davam edəcək Dəhşət dolu proqnoz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ