Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2021 14:44
M.Məmmədov Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub
Sonxeber.net Real TV-yə istinadən bildirir ki, evinin hər yeri, az qala hər küncü özündə hansısa xatirələri əks etdirən şəkillərlə bəzənib .
İndi ondan qalan yalnız şəkillər və sevərək geyinib vətən keşiyində durduğu forma deyil zirvəyə ucalan, tarixdə iz buraxan şəhidlik adıdır. Min illər keçsə də unudulmayacaq Vətən müharibəsi qəhramanı Azərbaycan Ordusunun baş giziri Məmmədov Maarif Məmməd oğlu 28 fevral 1986-cı ildə Beyləqan rayonun Təzəkənd kəndində anadan olub. Ömrünün düz 10 ilini hərbiyə həsr edən igid sentyabrın 27-si gözlədiyi anın yetişdiyini, irəlidə düşmən tapdağında olan Ağdam, Füzuli, Zəngilan, Kəlbəcərə aparan yolun müqəddəsliyini bütün ruhu ilə dərk edirdi. Qarşısına qoyduğu məqsəd isə Şuşaya çatmaq idi.
Məqsədinə nail olaraq Şuşaya çatan Maarif hər kəsə nəsib olmayan məqamada məhz burada ucalır.
Maarif Məmmədov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.