Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə usta pul borcu olduğu üçün intihara cəhd edib

Gəncədə usta pul borcu olduğu üçün intihara cəhd edib

Tarix: 14 Oktyabr 2021 08:02

Gəncədə intihara cəhdin qarşısı alınıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə "Nizami" məqbəsi yaxınlığındakı körpünün üstündə qeydə alınıb.

Goranboy rayonunun Gülməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Elvin Mustafayev sərxoş vəziyyətdə özünü körpüdən atmaq istəyib.

Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib. Uzun sürən danışıqlardan sonra 30 yaşlı kişini fikrindən daşındırmaq mümkün olub. E.Mustafayev əraziyə çağırılan təcilli tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

İlkin məlumata görə, 30 yaşlı kişi işlədiyi obyekt sahibinə 500 manat borcu olduğu üçün intihara cəhd edib. Onun darvaza ustası olduğu bildirilir.

Qeyd edək ki, obyektin sahibi hadisə yerinə gəlib və E.Mustafayevə borcunu bağışladığını bildirib. Bundan sonra o, körpüdən düşüb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Gəncədə usta borcu olduğu üçün intihara cəhd edib


RƏYLƏR