Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2021 08:48
Rusiyanın Orenburq vilayətində saxta içkidən kütləvi zəhərlənmədən sonra polis reydlər keçirib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, belə reydlərin birində Sankt-Peterburqda Suzdal prospektində saxta içki hazırlayan qaraj aşkarlanıb.
Qarajda istehsalla məşğul olan şəxs 32 yaşlı azərbaycanlıdır.
O, Rusiyaya 5 il əvvəl gəldiyini və əvvəlcə yükdaşıyan işlədiyini deyib. Azərbaycanlının sözlərinə görə, hazırda o, "araq bağlayır" və hər gün işlədiyi sexdə 10-15 qutu saxta içki hazırlayır.
Polisin "İnsanların bundan zəhərləndiyini bilirsinizmi" sualına saxlanılan şəxs "yox" cavabını verib və özünün içmədiyini əlavə edib.