Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2021 09:10
ABŞ administrasiyası Suriyada humanitar yardımlar məsələsinə köklənib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken İsrail və BƏƏ-dən olan həmkarları ilə görüşündə deyib.
"Bəşər Əsədlə əlaqələrin normallaşması, yaxud bərpa edilməsi - bunu etməmişik və etməyəcəyik də... Zəruri və həyati vacib hesab etdiyimiz siyasi həll yolu ilə bağlı irəliləyiş əldə edilmədiyinə görə, Birləşmiş Ştatlar Suriyaya qarşı bir dənə də olsun sanksiya ləğv etməyib və mövqeyini dəyişməyib", - deyə Blinken bildirib.