Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərnişinlərin NƏZƏRİNƏ: sabahdan bu avtobus kart sisteminə keçir

Sərnişinlərin NƏZƏRİNƏ: sabahdan bu avtobus kart sisteminə keçir

Tarix: 14 Oktyabr 2021 22:40

Oktyabrın 15-dən 131 nömrəli marşrut xətti (Maştağa qəsəbəsi - Koroğlu NMM) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsində Heybət Heybətov küçəsi 44, Heybət Heybətov 63, B.Bağırov küçəsi, Sabunçu qəsəbəsində Şəhər şosesi, Zabrat qəsəbəsində Babək küçəsi 336, Oktyabr küçəsi, Nərimanov 23, Sadiq Cəfərov 26, Savalan qəsəbəsində, Məhəmmədəli Şəfai 37 ünvanlardakı "OBA" marketlərdə "BakıKart" balansının artırılması üçün POS terminallar quraşdırılıb. Bununla yanaşı, sərnişinlər istifadə etdikləri "BakıKart"ın balansını https://online.bakikart.az portalından onlayn qaydada artıra bilərlər.

Milli.Az


Etiketlər:  Sərnişinlərin NƏZƏRİNƏ sabahdan bu avtobus kart sisteminə keçir


RƏYLƏR