Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2021 19:52
Fransanın paytaxtı Parisdə cüdo üzrə Böyük Dəbilqə turniri start götürüb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, ilk gündə Azərbaycan millisinin 6 cüdoçusu mübarizə aparıb ki, onlardan yalnız biri çempion olmağı bacarıb.
60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev müvafiq olaraq Yolan Florimon (Fransa), Genki Koqu (Yaponiya) və Sumiyabazar Enktaivana (Monqolustan) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə də rusiyalı Ramazan Abdullayevi üstələyən Ağayev turnirin qalibi olub.