Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəbirdən cadu çıxarmaq üçün 4 min manat alan falçı ələ keçdi - VİDEO

Qəbirdən cadu çıxarmaq üçün 4 min manat alan falçı ələ keçdi - VİDEO

Tarix: 17 Oktyabr 2021 10:36

Ağstafada dələduzluq edən falçı saxlanıb. Onun fala baxmaq adı ilə insanları aldatdığı və pul aldığı iddia olunur.

Öncə fala baxdırdı, daha sonra şikayət edib tutdurdu.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Ağstafada dələduzluq etməkdə şübhəli bilinən "falçı" saxlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinini fala baxmaq adı ilə aldadaraq, onun pulunu mənimsəyən Bakı şəhər sakini tutulub.

Araşdırmalar zamanı məlum olub ki, paytaxt sakini Gülarə Abıyeva Ağstafa rayonuna gələrək rayon sakininin qohumlarının məzarında cadu olduğunu bildirib və ondan həmin cadunun tapılmasına görə 2 min manat pul alıb.

Gülarə Abıyeva bir neçə ay sonra yenidən rayona gələrək həmin vətəndaşla görüşüb, eyni ritualı təkrar edərək vətəndaşın daha 2 min manatını dələduzluq yolu ilə mənimsəyib.

Bir müddət sonra 3-cü dəfə rayona gələn Gülarə Abıyeva məqsədinə çatmadan polis əməkdaşları tərəfindən saxlanaraq Polis Şöbəsinə gətirilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Etiketlər:  Qəbirdən cadu çıxarmaq üçün manat alan falçı ələ keçdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ