Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur cütlük 23,5 milyonluq mənzillərini satır - FOTOlar

Məşhur cütlük 23,5 milyonluq mənzillərini satır - FOTOlar

Tarix: 17 Oktyabr 2021 12:10

Model Karli Kloss və həyat yoldaşı, milyarder Coşua Kuşner Nyu-Yorkdakı mənzillərini satışa çıxarıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlüyün körpələrini yaxşı şəraitdə böyütmək üçün eyni binada daha geniş mənzilə köçməsidir. Karli və Coşua evlərini 23,5 milyon dollar qarşılığında satmağı planlaşdırır.

İki mərtəbəli olan mənzilin daxilində 1885-ci ildə inşa edilmiş lift və özəl idman zalı, 4 yataq və 6 vanna otağı var.

Eyni zamanda, cütlüyün yeni mənzillərini 42,5 milyon dollara satın aldığı bildirilir.

Qeyd edək ki, ikilinin Levi Cozef adlı oğlu keçən ilin mart ayında dünyaya gəlib.

Milli.Az


Etiketlər:  Məşhur cütlük 235 milyonluq mənzillərini satır FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ