Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2021 12:22
Fransanın Pluneventer şəhərində baş verən hadisə sakinlərin təəccübünə səbəb olub.
Hadisə şahidləri avtobus dayanacağının damında olan maşının oraya kim tərəfindən və hansı səbəbdən qaldırıldığını anlamağa çətinlik çəkiblər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hadisə barədə dərhal aidiyyatı qurumlara məlumat veriib.
Minik avtomobil olduğu yerdən aşağı endirilib.
Hadisəni araşdıran hüquq-mühafizə orqanları bildirib ki, avtomobilin sahibi ilə bir nəfər naməlum şəxs arasında mübahisə yaranıb.
Nəticədə əraziyə qaldırıcı kran gətirən şəxs avtomobili onun vasitəsi ilə dayanacağın damına yerləşdirib.