Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Operativ Qərargah rəsmisindən sərt qapanma ehtimalı ilə bağlı AÇIQLAMA - VİDEO

Operativ Qərargah rəsmisindən sərt qapanma ehtimalı ilə bağlı AÇIQLAMA - VİDEO

Tarix: 29 Oktyabr 2021 11:28

"Dünya Səhiyyə Təşkilatı istər Azərbaycan, istərsə də digər ölkələr üçün rəqəmlərin artacağı ilə bağlı xəbərdarlıqlar edib. Arzumuz və istəyimiz budur ki, yenidən qapanmalar olmasın".

Sonxeber.net Azxeber.com-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində danışıb.

"Qarşıdakı bir-iki ay ərzində yeni dalğa ilə üzləşəcəyimiz zaman rəqəmlərin düşündüyümüzdən qat-qat çox ola biləcəyi ilə bağlı ehtimallar var. Bu ehtimala uyğun şəkildə dövlətin aidiyyəti orqanlarının həm brifinq keçirmək, həm də yeni qərarlar vermək səlahiyyəti var. Bu hüquqdan cəmiyyətin daha böyük təhlükəyə məruz qalmaması üçün istifadə oluna bilər", - deyə komitə sədrinin müavini əlavə edib.


Etiketlər:  Operativ Qərargah rəsmisindən sərt qapanma ehtimalı ilə bağlı AÇIQLAMA VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ