Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

10 şəhidin xatirəsi əbədiləşdirilib - VİDEO

10 şəhidin xatirəsi əbədiləşdirilib - VİDEO

Tarix: 29 Oktyabr 2021 17:24

44 Günlük Vətən müharibəsində canından keçən, torpaqlarımızın azadlığı uğrunda gözlərini qırpmadan döyüşlərə atılaraq şəhid olan vətən oğulları arasında Gədəbəyin Miskinli kəndindən olan igidlər də var.

Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, Qarabağın azadlığı, Azərbaycanın ərazi bütövlüyü uğrunda düşünmədən döyüşlərə atılan qəhrəmanlar arasında Tağıyev Şamət, Pirverdiyev Söhrab, Sadıqov Kamil, Müzəffərli Kənan, Mustafayev Elvin, Əliyev Elsevər, Əliyev Bəybala, Məmmədov Əkbər, Fərzəliyev Aydın, Bayramov Elçin də vardı.

Bu igidlər qanının son damlasına qədər vuruşaraq müqəddəs torpaqlarda şəhid adını qazanıblar.

Qəhrəmanlarımızın xaritəsini əbədiləşdirmək məqsədilə vaxtilə yaşadıqları Miskinli kəndində Vətən Müharibəsi qəhrəmanlarının adına ucaldılmış xatirə kompleksi inşa edilib.

Tədbirdə çıxış edənlər Azərbaycanın 44 günlük zəfər müharibəsində canından keçən qəhrəman oğulların şücaətindən danışıblar:

Kənd sakinlərinin, Gədəbəy rayon şəhidlərinin ailələrinin, Gədəbəy rayon rəhbərliyinin, Vətən müharibəsi qazilərinin, veteranlarının, media nümayəndələrinin və ziyalıların iştirak etdiyi tədbir məktəblilərin şeirləri və bədii kompozisiyalarla davam edib.


Etiketlər:  şəhidin xatirəsi əbədiləşdirilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ