Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Telekanal ''Hüseynova bacıları''na əlvida dedi

Telekanal ''Hüseynova bacıları''na əlvida dedi

Tarix: 29 Oktyabr 2021 17:45

Bu günlərdə ARB telekanalında bir neçə verilişin yayımı dayandırılıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, onlardan biri də "Hüseynova bacıları" proqramıdır. Verilişin bundan sonra çəkilməyəcəyi bildirilib. Proqram həftənin bazar günü yayımlanırdı.

Onun bundan sonra hansı kanalda yayımını davam etdirəcəyi isə hələ məlum deyil.

Qeyd edək ki, "Hüseynova bacıları" proqramını aktrisalar Xuraman Əlizadə və Ülviyyə Əliyeva aparırdı. Sözügedən kanalda yayımlanan və aparıcılığını Əməkdar artist Dilarə Əliyevanın etdiyi "Söhbət var" verilişi də ARB TV ilə yollarını ayırıb. D.Əliyeva Xəzər TV-də fəaliyyətini davam etdirəcək.


Etiketlər:  Telekanal Hüseynova bacılarına əlvida dedi


RƏYLƏR