Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şanxayda sakinlərə COVID-19 əleyhinə buster doza peyvənd vurulacaq

Şanxayda sakinlərə COVID-19 əleyhinə buster doza peyvənd vurulacaq

Tarix: 29 Oktyabr 2021 22:00

Çində əhalinin sayına görə ən iri şəhər olan Şanxayda sakinlərə COVID-19 virusuna qarşı 3-cü doza (buster) peyvənd vurulacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, buster doza vurulmasına noyabrın 1-də start veriləcək və ödənişsiz həyata keçiriləcək. İlk olaraq Çin vətəndaşlarına buster doza vurulacaq. Bir müddət sonra əcnəbilərə də bu imkan yaradılacaq.

Qeyd edək ki, Çində sakinlərə COVID-19 infeksiyası əleyhinə buster doza peyvəndin vurulmasına sentyabrın sonunda Quandon, Cıcian və Henan vilayətlərində başlanılsa, bu siyahıya qoşulan şəhər və bölgələrin sayı getdikcə çoxalır. İlkin mərhələdə COVID-19 infeksiyasına qarşı hər 2 doza peyvəndi ən azı 6 ay əvvəl qəbul etmiş və yüksək risk qrupuna aid olanlara, o cümlədən hava və dəniz limanlarında, sərhəd-keçid məntəqələrində, xidmət sektorunda çalışanlara, tibb işçilərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və yaşı 60-dan yuxarı olanlara buster doza vurulur.

Çinli mütəxəssislər COVID-19 pandemiyası ilə mübarizənin ən vacib halqasının vaksinasiya olduğunu, pandemiya dövründə virusun yeni və daha təhlükəli ştamlarının sürətlə yayılmasının buster dozaya ehtiyac yaratdığını bildirirlər. Hesab olunur ki, 2 doza peyvəndin qəbul edilməsi sayəsində bədəndə COVID-19 infeksiyasına qarşı yaranan anticisimlərin qorunma səviyyəsi təxminən 6 aydan sonra azalmağa başlayır. Buster doza isə immunitet reaksiyasını yenidən gücləndirməyə və bununla da peyvəndin effektivliyini artırmağa imkan verir.

Çində əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası ötən ilin dekabrında başlayıb. İlk mərhələdə xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Cari ilin fevralında isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən indiyədək ölkədə 2 milyard 257 milyon doza peyvənd vurulub. Çin bu göstəriciyə görə dünyada birincidir. Vaksinasiya prosesində yerli "Sinopharm" və "Sinovac" şirkətlərinin istehsalı olan ikidozalı inaktiv, habelə "CanSino" şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.

Milli.Az


Etiketlər:  Şanxayda sakinlərə COVID əleyhinə buster doza peyvənd vurulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ