Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2021 09:12
Almaniyada koronavirusa qarşı vaksinasiyadan imtina edənlər üçün karantin tədbirlərinin sərtləşdirilməsi müzakirə olunur.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Tibbi Palatasının sədri Klaus Raynhard məlumat verib.
O, peyvənd olunmayanlar üçün lokdaun elan oluna biləcəyini deyib.
Palata sədri hazırda Almaniyada epidemik vəziyyətin pisləşməsi fonunda bu qərarın mümkün variantlardan biri olduğunu bildirib.
Qeyd edək ki, pandemiya dövründə Almaniyada artıq iki dəfə lokdaun tətbiq olunub. Onlardan birincisi 3 ay, ikincisi isə 6 ay davam edib.