Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2021 20:08
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci mərhələsi başa çatıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, səsvermə prosesinə yerli vaxtla saat 20:00-da yekun vurulub.
Mərkəzi Seçki Komissiyasının saat 17:00-a olan məlumatına əsasən, Gürcüstan üzrə seçici fəallığı 39,5 %, Tbilisidə isə 38,7 % təşkil edib.
Xatırladaq ki, bu gün qonşu ölkədə Tbilisi də daxil olmaqla 20 şəhər və rayona mer, həmçinin 24 majoritar dairədə yerli məşvərətçi orqana (sakrebulo) deputatlar seçilib.