Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan sülhməramlıların Qarabağda daha çox qalmasını istəyir – “Moskva ilə müzakirələr aparırıq”

Ermənistan sülhməramlıların Qarabağda daha çox qalmasını istəyir – “Moskva ilə müzakirələr aparırıq”

Tarix: 30 Oktyabr 2021 20:42

Ermənistan Rusiya sülhməramlılarının qalma müddətinin uzadılmasında maraqlıdır.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurası aparatından məlumat veriblər.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Ermənistan Təhlükəsizlik Şurasının agentliyə danışan rəsmi şəxs qeyd edib ki, hazırda Qarabağda vəziyyət təhlükəsizlik baxımından kifayət qədər sabit deyil. Şura əməkdaşı nümunə kimi bura bu yaxınlarda bir nəfərin ölməsi və bir nəfərin də yaralanması ilə bağlı atəşkəs pozuntusunu misal çəkib.

O bildirib ki, Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingenti faktoru Qarabağdakı ermənilərin status məsələsinin həlli tapılana qədər mühüm və əhəmiyyətli olacaq.

"Ermənistan, Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması məsələsi də daxil, Qarabağ ətrafında bütün spektrlər üzrə Moskva ilə daima müzakirələr aparır", - deyə mənbə vurğulayıb.

Ermənistan Təhlükəsizlik Şurasının əməkdaşı həmçinin bildirib: "9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, müddətin bitməsinə 6 ay qalmış tərəflərdən biri başqa addımlar atmasa, Rusiya sülhməramlı kontingentinin ölkədə qalma müddəti avtomatik olaraq daha 5 il uzadılır. Ermənistan üçtərəfli bəyanatın bu müddəası əsasında formalaşmış vəziyyəti Qarabağdakı ermənilərin statusu məsələsinin həlli yolu tapılana qədər saxlamaq niyyətindədir".


Etiketlər:  Ermənistan sülhməramlıların Qarabağda daha çox qalmasını istəyir Moskva ilə müzakirələr aparırıq


RƏYLƏR