Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2021 14:30
Yaşı 50-dən çox olan qadınlar gənc xanımlar üçün gözəlliklə bağlı məsləhətlərini paylaşıblar. Hər kəsin marağına səbəb olan bu məsləhətlər böyük maraqla qarşılanıb.
Sonxeber.net Lent.az-a istinadən gənc xanımlar üçün faydalı fikirləri təqdim edir:
Yatmadan öncə makiyajınızı təmizləyin
55 yaşlı estetik həkim Darlene Tenes gənc xanımlara makiyajla yatmamağı məsləhət görür. Əks təqdirdə, gözətrafı hissələr makiyaj vaistələri ilə dolur və yuxudan oyandığınız zaman üzünüz çirkli və şişkin görünəcək.
Xoşbəxtliyinizi doya-doya yaşayın
Anna Volinski hər zaman güldüyü üçün 64 yaşında da gənc görünürdü.
Saçlarınızı peşəkarlara həvalə edin
"Saçlarınızı kəsdirəndə və rəngləyəndə heç vaxt xəsislik edib, özünüz etməyin. Mütləq peşəkarlara müraciət edin. Bunu özünüzə layiq bilin". 58 yaşlı Petti Bell xanımlara məsləhətində bunları qeyd edib.
Daha çox su için
53 yaşlı Trasi Qluhaic hər gün çoxlu su içəndə dərinin yumşaldığını və insana enerji verdiyini qeyd edir.
Daha çox yeyin
"Kaş ki, pəhrizin gələcək sağlamlığım və qocalmama təsirini bilsəydim... daha çox yemək yeyərdim". 58 yaşlı Karol Alt qadınlara dietadan uzaq, sağlam qidalar qəbul etməyi məsləhət görür.