Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə və ABŞ prezidentlərinin görüşü keçirilib - YENİLƏNİB

Türkiyə və ABŞ prezidentlərinin görüşü keçirilib - YENİLƏNİB

Tarix: 31 Oktyabr 2021 14:34

14:31

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb.

Milli.Az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken iştirak edib.

Qeyd edək ki, 1 saat davam edən görüş Romada G-20 liderlərinin zirvəsi çərçivəsində keçirilib.
----------

13:32

Romada keçirilən G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Bayden arasında görüş başlayıb.

Milli.Az bildirir ki, məlumata əsasən, görüş Bakı vaxtı ilə saat 13:15-də başlayıb. Mətbuat üçün qapalı formatda keçirilən görüşdə Türkiyə Prezidenti xarici işlər naziri Mövlud Çavuşoğlu müşaiyət edir.

Qeyd edək ki, son dəfə Türkiyə və ABŞ liderləri iyun ayında Brüsseldə keçirilən NATO sammiti çərçivəsində görüşüblər.

Xatırladaq ki, daha əvvəl T.Ərdoğan danışıqların əsas mövzusunun Türkiyənin F-35 qırıcı təyyarələrinin hazırlanması proqramında iştirakı olacağını bildirib.

Milli.Az


Etiketlər:  Türkiyə ABŞ prezidentlərinin görüşü keçirilib YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ