Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2021 15:38
Rusiyanı təmsil edən erməni boksçu Edmond Xudoyan Serbiyanın paytaxtı Belqradda davam edən dünya çempionatından kənarlaşdırılıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, buna 48 kq-da mübarizə aparan idmançının yaponiyalı Kazumo Aratakeyə qarşı 1/8 final görüşündə qaydaları pozması səbəb olub.
Bir neçə dəfə hakimdən xəbərdarlıq alan Xudoyan nəticədə diskvalifikasiya edilib və texniki məğlubiyyət alıb.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan boksçuları da qüvvəsini sınayır.