Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2021 18:10
İtaliyanın Trevizo şəhərində məşhur restorançı, "tiramisunun atası" hesab edilən Ado Kampeol 94 yaşında dünyasını dəyişib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Veneto bölgəsinin rəhbəri Kuja Dzaya Feysbuk səhifəsində yazıb.
Qeyd edək ki, 1970-ci illərdə "Alle Beccherie" restoranında maskarpone pendiri, kofe, toyuq yumurtası, şəkər və savoyardi peçenyelərindən ibarət desert-tiramisu hazırlanmağa başlanıldı. Kampeol özü etiraf edirdi ki, desert həyat yoldaşı Alba və baş aşpaz Roberto Linquanottonun səhvi ucbatından təsadüfən meydana gəlib. Desert tez bir zamanda əvvəlcə İtaliyada, sonra isə bütün dünyada populyarlıq qazandı.
Desertin adı italyan dilindən tərcümədə "məni yuxarı çək" kimi tərcümə olunur, lakin məcazi mənada daha çox "mənisənləndir" deməkdir. Bu, şirin təamın tonik və qidalandırıcı xüsusiyyətləri ilə bağlıdır.