Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahir Emrelinin komandası yenə uduzdu

Mahir Emrelinin komandası yenə uduzdu

Tarix: 1 Noyabr 2021 11:50

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Legiya"nın heyətində Polşa çempionatında növbəti oyununu keçirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Varşava təmsilçisi XIII turda "Poqon"u qəbul edib.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Emreli start heyətində çıxış edib və 61-ci dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra "Legiya" 11 oyundan 9 xalla 18 komanda arasında 16-cı yerdə qərarlaşıb. "Poqon" isə 25 xalla 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, bu, "Legiya"nın çempionatda ardıcıl 5-ci, ümumilikdə isə 8-ci məğlubiyyətidir.

Milli.Az


Etiketlər:  Mahir Emrelinin komandası yenə uduzdu


RƏYLƏR