Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənni tənqid olunan rəqsindən danışdı

Müğənni tənqid olunan rəqsindən danışdı

Tarix: 1 Noyabr 2021 16:20

Türkiyəli müğənni Edis Görgülü ötən günlərdə Zeynep Bastıkla tənqid olunan rəqs videosuna münasibət bildirib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, səbətçi bu barədə "Pazar sürprizi" verilişinə danışıb:

"Hər şeydən öncə biz Zeyneplə ailəyik. O, mənim bacımdır, həyat yoldaşı Tolqa menecerimdir. Rəqsə gəlincə isə o baş-başa edilən bir rəqs deyildi. Həmin yer səhnə idi və bizi izləyən 300 nəfər var. Biz bir performans sərgiləyirik və Zeynepin mahnısını canlandırırdıq. Öncə tənqidlərə güldüm, amma sonra pis oldum. Kiçik bir hissə tərəfindən tənqid olunduq və bu hadisə üzücü bir hal aldı. Əslində, açıqlanmalı bir şey yoxdur, səhnədəki görüntülərin gerçək həyatla əlaqəsi yoxdur".

Qeyd edək ki, ifaçıların səhnədəki görüntüləri birmənalı qarşılanmamış, sosial media izləyiciləri Zeynepin evli olmağını əsas gətirərək rəqslə əndazəni aşdığını bildirmişdilər.


Etiketlər:  Müğənni tənqid olunan rəqsindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ