Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sevda Yahyayevanın həyat yoldaşından etiraf: Utanıram - VİDEO

Sevda Yahyayevanın həyat yoldaşından etiraf: Utanıram - VİDEO

Tarix: 1 Noyabr 2021 20:05

ATV-nin "Zaurla Günaydın" proqramının növbəti qonaqları yeni evlənən cütlük, müğənni Sevda Yahyayeva və Zakir Bayramov olub.

Milli.Az-ın məlumatına görə, ilk olaraq Zakir Bayramov həyat yoldaşı ilə birgə kitab oxuduqlarını bildirib:

"Etiraf edim ki, mən Sevadan utanıram. Çünki daha az oxuyuram. Deyirəm bitirdiklərini heç oxumamışam. Ele bir sürət götürüb ki, çata bilmirəm. Mən elmi jurnallara daha çox üstünlük verirəm".

Zakir, daha sonra tanınmış cütlük olmanın çətinliklərindən danışıb:

"Marketə gedirəm, deyirlər ki, sizi yoldaşınızdan tanıdım. Mənə çətindir. Sərbəst ola bilmirsən. Ona görə Sevaya deyirəm ki, ailə üzvlərini çox göstərməyək".

Milli.Az


Etiketlər:  Sevda Yahyayevanın həyat yoldaşından etiraf Utanıram VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ