Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Biləsuvar sakini Bakıdan maşın qaçırdı - Polis hərəkətə keçdi

Biləsuvar sakini Bakıdan maşın qaçırdı - Polis hərəkətə keçdi

Tarix: 23 Avqust 2019 15:39

Bakı. Samir Əli - Trend:

Xətai rayonu ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 22-də Xətai rayonu ərazisindən “Mercedes” markalı avtomobil qaçırılıb.

Xətai RPİ 35-ci PB və Bakı şəhər DYPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini A.İsmayılov saxlanılıb.


Etiketlər:  Biləsuvar sakini Bakıdan maşın qaçırdı Polis hərəkətə keçdi


RƏYLƏR