Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Erkan Özerman müşahidə apardıqdan sonra əxlaqsız təklif edir”

“Erkan Özerman müşahidə apardıqdan sonra əxlaqsız təklif edir”

Tarix: 2 Noyabr 2021 10:45

Bir müddətdir davam edən "Best model" qalmaqalına bir vaxt həmin yarışmada iştirak etmiş aktyor Mehmet Akif Alakurt da daxil olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, ona bir izləyicisi "Deyirlər, o yarışmada iştirakçılara əxlaqsız təkliflər edirlər. Qəbul edənlər də yer tutur. Bu olaylar düzdürmü" deyə sual ünvanlayıb. Aktyor onun mesajına bu cavabı verib:

"Hamı özünə yaraşan şəkildə işində irəliləyir, pul qazanır. Erkan Özarman müşahidə aparır, kimdə o potensialı görürsə, təklif edir. O yarışmada bu təklifləri qəbul etmədən də yer tutanlar var. Məsələn, mənim bildiyim bir dostumun reaksiyası həmişə gülüb keçmək olub".

Qeyd edək ki, yarışmanın iştirakçıları təşkilatçı Erkan Özermanın onlara əxlaqsız təkliflər etdiyini söyləyiblər. Həmçinin, qəbul edənlərin birinci yerə layiq görüldüyünü iddia ediblər.

Milli.Az


Etiketlər:  Erkan Özerman müşahidə apardıqdan sonra əxlaqsız təklif edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ