Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 15:02
Çin futbolunda qeyri-adi hadisə yaşanıb.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, Super Liqa klubu "Hibey" aşağı yaş qrupu üzrə komandalarının hamısına məcburi məzuniyyət verib.
Buna səbəb isə klubun məşq bazasının işıq pulunu ödəyə bilməməsidir: "Məlum səbəblərdən bazanın işıq pulunu ödəyə bilmirik. Xərcləri qarşılamaq məqsədilə 12, 13, 16 və 17 yaşadək komandaların oyunçuları noyabrın 3-dən etibarən məzuniyyətə buraxılacaq".
Ciddi maliyyə böhranı yaşayan "Hibey"in dekabrda start götürəcək yeni mövsümə qatılıb-qatılmayacağı bəlli deyil. Adıçəkilən klubun fəaliyyətini dayandırması gözlənilir.