Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oksananın oğlunun atası olduğunu etiraf edən Şəhriyardan gözlənilən paylaşım - FOTO

Oksananın oğlunun atası olduğunu etiraf edən Şəhriyardan gözlənilən paylaşım - FOTO

Tarix: 3 Noyabr 2021 10:50

Şəhriyar Əbilovun Oksana Rəsulovanın mediadan gizlətməyə çalışdığı oğlu Osmanın atası olduğu etirafından sonra cütlük bunu sosial şəbəkə hesablarında da nəhayət bəyan ediblər.

Sonxeber.net xəbər verir ki, Şəhriyar oğlu Osmanla fotosunu paylaşaraq "Gerçəyi xəyalından daha gözəl olan yeganə şey övladdır. Oğlum Osman, Allah bütün balaları saxlasın" başlığını əlavə edib.

Oksana da təxminən elə eyni vaxtda Şəhriyarla səmimi görüntülərini əsk etdirən fotolarını paylaşaraq bu sözləri yazıb: "Bax belə... Uzunmüddətli dostluq, sayqı, anlayış və ailə. Yaxşı ki varsan, Şəhriyar".

Qeyd edək ki, ötən gün Şəhriyar Osmanın atasının məhz özü olduğunu və Oksana ilə gizli ailə qurduğunu etiraf edib. 

Xatırladaq ki, Oksana 2018-ci ildə ilk dəfə ana olub. Oğlu dünyaya gələn sənətçi ona Osman adını qoyub. Oksana açıqlamasında gizli ailə qurduğunu, həyat yoldaşının Türkiyədə yaşayan azərbaycanlı iş adamı olduğunu demişdi.

Məhəmməd Vaqif


Etiketlər:  Oksananın oğlunun atası olduğunu etiraf edən Şəhriyardan gözlənilən paylaşım FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ