Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oksana danışdı

Oksana danışdı

Tarix: 3 Noyabr 2021 11:10

Dünəndən şou gündəmini aparıcı-aktyor Şəhriyar Əbilovun şok etirafı zəbt edib.  Belə ki, o, üç ildir rəqqasə-aktrisa Oksana Rəsulova ilə evli olduğunu bildirib. 

Sonxeber.net olay-a istinadən xəbər verir ki, Şəhriyarın etirafından sonra sosial şəbəkələrdə hər kəs cütlüyü təbrik edib.  Şou-biznesin populyar simaları da təbriklərə qoşularaq onlara xoşbəxtlik diləyiblər.

"Tam vaxtıdır" proqramında səsləndirilən fikirləri sözügedən proqramda qonaq olan Oksana da təsdiq edib. Lakin o, münasibətin təfərrüatı barədə danışmayıb.

OLAY məsələ ilə bağlı O. Rəsulova ilə əlaqə saxlayıb.  Aktrisa qeyd edib ki, cütlük olaraq qərar qəbul ediblər:

"Mən hazırda Bakıda deyiləm. Biz qərarlaşdırdıq ki, artıq bu mövzuda heç yerdə heç nə danışmayacağıq". 

Şəhriyar Əbilov isə saytımıza açıqlamasında məlumatı bilib də, bu günədək şəxsi həyatlarının toxunulmazlığını pozmayan KİV nümayəndələrinə təşəkkür edib. 


Etiketlər:  Oksana danışdı


RƏYLƏR