Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ayağı sınmış Rafael Ağayev sağaldı: Dünya çempionatında iştirak edəcək

Ayağı sınmış Rafael Ağayev sağaldı: Dünya çempionatında iştirak edəcək

Tarix: 3 Noyabr 2021 18:44

Bu ay BƏƏ-nin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək karate millimizin tərkibi müəyyənləşib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 15-21 noyabr tarixlərində Asiya ölkəsində keçiriləcək yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunacaq.

Bu idmançılar arasında ötən ay fərdi məşq zamanı sol ayaq nahiyəsində sınıq və çat aşkarlanmış Rafael Ağayev də var. O, altıncı dəfə dünya çempionu olmaq üçün mübarizə aparacaq.

Milli.Az


Etiketlər:  Ayağı sınmış Rafael Ağayev sağaldı Dünya çempionatında iştirak edəcək


RƏYLƏR