Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Allahın əmanəti ilə düzgün davranılmalı

Allahın əmanəti ilə düzgün davranılmalı

Tarix: 4 Noyabr 2021 23:10

Həzrət Peyğəmbər (s) özü Həsən və Hüseyni alardı qucağına, gətirərdi məscidə, əllərini göyə qaldırıb deyərdi: "İlahi, mənim bu iki balama çox məhəbbətim var. Hər kəs bu balalarımı sevsə, mən də onları sevərəm. Allahım, hər kəsi mənim balamı sevərsə, Sən də onun balasını sev". Həzrət Peyğəmbər (s) İmam Həsən (ə) və Hüseynə (ə) o qədər məhəbbəti var idi ki, xanım Zəhra buyurur: "Qoymazdı ki, uşaqlar piyada yol getsinlər. Hər ikisini qucağına alardı".

Bu sözlərdən əsrlər keçməsinə baxmayaraq, İmam Həsən Müctəbaya (ə) bütün müsəlmanların qəlbində məhəbbət və inamı vardır. Biz Azərbaycan xalqı olaraq, övladlarımıza ad seçəndə Peyğəmbər (s) övladlarının adlarını qoyuruq. Rəsuli-Əkrəm (s) buyurmuşdur: "Mən sizin aranızda iki əmanət qoyuram: Allahın kitabı və mənim Əhli-beytim (ə). Əgər haqq və batili ayırmaq istəsəniz, mənim Əhli-beytim sizə kifayət edər.

Allah-Təala Qurani-Kərimdə buyurur: "Hər nə ki, Peyğəmbər deyir, o, Mənim kəlmələrimdir... ".

Bundan əlavə, Allah Təala "Şura" surəsində buyurur: "Ey Peyğəmbər, müsəlmanlara de ki, mən sizdən peyğəmbərlik (etdiyim müddətdə ümmətin hidayət olunması yolunda çəkilən zəhmət) müqabilində yaxınlarımı (Әhli-beytimi) sevməkdən başqa bir şey istəmirəm" ("Şura" surəsi, 23-cü ayə.) Həqiqətən, düşünən insan üçün bu, böyük bir ilahi mesajdır.

Allah Təala Özü istəyir ki, insanlar peyğəmbər övladına məhəbbət etsin, onların ardınca getsinlər, çünki imamətin əli ilə Allah insanlar arasında barışıq və əmniyyət gətirəcəkdir. Peyğəmbər (s) ümmətinin nicatı - yalnız və yalnız Əhli-Beyt gəmisidir. Hər kəs bu gəmiyə minsə, amanda qalar. Hər kəs bu gəmidən uzaqlaşsa, zərər və ziyandadır. Bu barədə İslam Peyğəmbəri (s) dəfələrlə bizlərə xəbərdarlıq edib.

Və sonda biz insanlar xoşbəxt olmaq, əbədi səadətə çatmaq isəyiriksə, nə üçün əziz Peyğəmbərimizin (s) buyurduğu kimi, imamət barəsində layiqincə maariflənmirik? Onların buyurduqları kimi əməllərimizi düzəltmirik? Axı Allahımız Həzrət Muhəmmədin (s) vasitəsilə biz bəndlərə bunları əmanət edib və bizlərdən bu əmanəti istədikdə, biz nə cavab verəcəyik?

Milli.Az


Etiketlər:  Allahın əmanəti ilə düzgün davranılmalı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ