Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün Fərid Qayıbov FIG prezidenti seçilə bilər

Bu gün Fərid Qayıbov FIG prezidenti seçilə bilər

Tarix: 6 Noyabr 2021 08:28

Bu gün Türkiyənin Antalya şəhərində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəhbər vəzifələrinə seçkilər keçiriləcək.

83-cü Konqresə təsadüf edən seçkidə qurumun prezidenti postu uğrunda 2 namizəd mübarizə aparacaq.

Bunlardan biri FIG-in yaponiyalı hazırkı prezidenti Morinari Vatanabe, digəri isə Azərbaycanın yeni gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbovdur. Vatanabe indiki vəzifəsində 2016-cı, Qayıbov isə 2017-ci ildən çalışır.

Konqresə 130 üzv milli federasiyadan 340 nümayəndə qatılıb. Əslində tədbir 2020-ci ilin oktyabrında keçirilməli idi. Lakin COVID-19-a görə səfərlərlə bağlı çoxsaylı məhdudiyyətlər və çətinliklər üzündən toplantı bu ilə təxirə salınıb.

Jurnalistlər üçün qapalı seçkidə milli federasiyalar FIG prezidentindən əlavə, 3 vitse-prezident, 7 İcraiyyə Komitəsi üzvü, 21 Şura üzvü, "Gimnastika hamı üçün" komitəsinə 6 üzv, gimnastikanın hər bir növü üzrə texniki komitəyə prezident və 6 üzv, həmçinin 2 auditor seçəcəklər. Bədii gimnastika üzrə texniki komitənin üzvlüyünə namizədlərdən biri Azərbaycan təmsilçisi Natalya Bulanovadır. Onun ümumilikdə 14 rəqibi var.

Yeni seçilənlər vəzifələrinin icrasına 1 yanvar 2022-ci ildə başlayacaqlar. Onlar Tokio-2020 Yay Olimpiya Oyunlarının bu ilə təxirə salınması üzündən 4 il yox, 3 il - 2024-cü il dekabrın 31-dək fəaliyyət göstərəcəklər.

Milli.Az


Etiketlər:  gün Fərid Qayıbov prezidenti seçilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ