Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cəlilabadda toy sahibi cərimələndi

Cəlilabadda toy sahibi cərimələndi

Tarix: 6 Noyabr 2021 17:38

Cəlilabad rayonunda həyətdə toy edən şəxsin karantin qaydalarını pozduğu aşkarlanıb.

Milli.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Cəlilabad şəhəri ərazisində fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində təşkil edilən toy məclisində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən artıq olduğu aşkarlanıb.

Karantin rejim qaydalarının pozulduğuna görə toy təşkilatçısı Ə.Nəbiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.

Milli.Az


Etiketlər:  Cəlilabadda toy sahibi cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ