Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2021 18:08
Türkiyənin uzun mənzilli hava hücumundan müdafiə sistemi SİPER ilk atış sınağını reallaşdırıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.
O bildirib ki, SİPER-lə bağlı daha bir mərhələni uğurla tamamlayıblar:
"2023-cü ildə Türkiyə ordusunun arsenalına daxil etməyi planlaşdırdığımız SİPER-lə bütün təhlükələri ən güclü şəkildə aradan qaldıracağıq".