Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

5 uğurlu “Whatsapp Marketing” strategiyası

5 uğurlu “Whatsapp Marketing” strategiyası

Tarix: 6 Noyabr 2021 20:36

"Whatsapp"ı sındırmaq marketoloqlar üçün çətin olub. Reklamların, alış-veriş üçün kütləvi informasiya vasitələrinin və məsələn, ismarıclar kimi spamları xoşlamayan istifadəçilərin olmaması o deməkdir ki, müştəri cəlb etmək üçün çox işləməlisiniz. Whatsapp-da ən vacib amil tanımadığınız istifadəçilərə mesaj göndərə bilməməyinizdir. İstehlakçılar onların kontaktına düşmək üçün dəvət almalıdırlar. Gündəlik 70% Whatsapp-dan istifadə edən hər bir marketoloq 5 sınanmış Whatsapp marketinq strategiyasını öyrənməlidir. Beləcə, satışları və istifadəçi bazasını artırmaq mümkündür.

1 . WhatsApp üçün cəlbedici brend yaradın

Sonxeber.net bizplus.az-a istinadən bildirir ki, Whatsapp bildiyimiz kimi mesaj göndərmək üçün olan şəxsi platformadır və burada insanlar öz ailə üzvləri, dostları ilə ünsiyyət qururlar. Whatsapp hesablarının siyahısına dəvət almaq istəyən istənilən bir brend  ilk öncə özünü dost kimi hiss etməlidir. Beləcə, Whatsapp nömrəsi vasitəsilə sizin brendinizi nümayiş etdirəcək cəlbedici personaj və ya brend qəhrəmanı yarada bilərsiniz. İnsanlar şəxsən istifadəçisi olmayan şirkətlərlə ünsiyyəti sevmirlər.

Bu, real adam ola bilər, məsələn, Rare Pink brendinin WhatsApp nömrələri var və onları müştərilərə xidmət üzrə menecerlər idarə edirlər. Nömrələr müştərilərlə qarşılıqlı fəaliyyət üçün daim açıqdırlar. Məşğul iş adamları üçün bu adamla WhatsApp-da ünsiyyət qurmaq, onları maraqlandıran məhsulların şəkillərini göndərmək və qəbul etmək, suallar vermək, hətta ödəniş və çatdırılma şərtləri ilə bağlı razılığa gəlmək daha asandır. Brend, alıcılarla sayı paylaşmağa başladıqdan sonra WhatsApp vasitəsilə onlayn-satışının böyük bir hissəsini həyata keçirir.

2 . Telefon məlumat bazasının yaradılmasına böyük əhəmiyyət verin

"WhatsApp"da reklam olmur və müvafiq olaraq istifadəçi bazası yaratmaq üçün siz onlara telefon nömrələri qarşılığında faydalı nəsə təklif etməlisiniz - bu, pulsuz təşviqat, pulsuz xidmət və ya faydalı məlumatlar ola bilər.

Buna ən yaxşı nümunə Dehli polisidir. Onlar WhatsApp-ın məhşurluğunu görüb rüşvətxorluqla mübarizə üçün WhatsApp nömrəsi yaratmaq qərarına gəlirlər və onu bütün ənənəvi çap və açıq ismarıclarına yerləşdirirlər. İstifadəçilər isə öz vəzifələrini icra etməyən və rüşvət almayan polislərin şəkillərini və ya videoyazılarını göndərməlidirlər. Fəaliyyətə başladığı gün 23000 WhatsApp mesajı daxil olub və 6 polis ittiham olunaraq saxlanılıb. Bonus olaraq, polis minlərlə vətəndaşın telefon məlumatları bazasını pulsuz əldə edib.

3 . Müvafiq məzmun təklifi həmişə pulsuzdur

Nömrələrin siyahısını tərtib etməyə başlayanda nə edirsiniz? İstifadə olunması baxımından WhatsApp-ın reytinqi Facebook-dan 70% daha üstündür. Bu o deməkdir ki, siz istifadəçilərə aktual mövzular üzrə mükəmməl məzmunlar təklif etməlisiniz ki, onlar sizinlə maraqlansınlar.

4 . Müştərilərə sürətli xidmət göstərmək lazımdır

WhatsApp 70% açıqlıq sürətinə malikdir və bu da o deməkdir ki, əgər müştəriniz sizinlə WhatsApp-da əlaqə yarada bilirsə demək mesajınız açıqdadır. Bundan istifadə edərək Banco Santander Bank Open Bank-ı yaradır. O, WhatsApp müştərilərinə dəstək xidməti nömrəsidir. Burada bankla ünsiyyət qura, sorğu-suallar apara , problemləri həll edə bilərsiniz.

17000 müştəri ilə aparılan eksperimental sınaq zamanı 99%, xidməti faydalı hesab edib, 98% isə bildirib ki, ondan istifadə etməyə davam edəcək. Hindistanda Diesel, Kenneth Cole və Zegna kimi nüfuzlu brendlərlə işləyən Reliance Brands alıcılara WhatsApp vasitəsilə brendlə əlaqə yaratmaq imkanını təklif edib.

Aksiyalardan, yeniliklərdən xəbər tutandan və brend haqqında şəkil, video məlmatlarını əldə edəndən sonra istehlakçıların sayı azalır. Bəzi hallarda brendin WhatsApp siyahısında olan   istehlakçıların müştəri əmsalı 80%-ə çatıb.

5 . İstehlakçı araşdırmaları

WhatsApp-dan hələ ki, araşdırmalar üçün geniş şəkildə istifadə olunmayıb, amma bəzi araşdırmaların həyata keçirilməsi üçün istifadəsi rahat, ucuz və sürətli bir platforma təklif edir. Siz istehlakçılardan onların zövqləri barədə, nələri xoşladıqlarını soruşa və brendin təklif  etdiyi variantlar arasından seçim etmələrini istəyə bilərsiniz. Bundan başqa, WhatsApp şirkət daxilində cəld müzakirələr aparmaq üçün də çox vacibdir.

Amma yadda saxlamaq lazımdır ki, WhatsApp naməlum şəxslərə spam göndərmək qəbul edilməz, qeyri-etik və qeyri-effektivdir. Bunun əvəzinə WhatsApp vasitəsilə rəhbərlik yaratmaq və satış üçün personaj strukturundan, dəyərlər, məzmun və müştəri xidmətlərindən istifadə edin.


Etiketlər:  uğurlu Whatsapp Marketing strategiyası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ