Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nəkirlə Münkir qəbirdə nə zaman sorğu-sual etməzlər

Nəkirlə Münkir qəbirdə nə zaman sorğu-sual etməzlər

Tarix: 6 Noyabr 2021 21:42

Məsumlar (ə) buyurur: "Qəbrə girən zaman birinci gecədə Nəkirlə Münkir qorxulu şəkildə sənə tərəf gələcəklər. Onların səsi çaxan ildırım kimi olacaqdır. Gözləri işıq kimi parlayacaqdır.

Soruşarlar: Pərvərdigarın kimdir və dünyada kimə pərəstiş etmisən?

Peyğəmbərin kimdir və hansı dindəsən?

Vəlin və rəhbərin kimdir?

Bu halda ölünün cavab verməsi çox çətin olar, köməyə ehtiyac duyar. Ona görə də ona iki halda təlqin etmək yaxşıdır. Biri o zaman ki, onu qəbrə qoyarlar. Yaxşı olar ki, sağ əlinlə sağ çiynini və sol əlinlə sol çiynini tutub hərəkət etdirəsən və ona lazım olan sözləri təlqin edəsən.

Biri isə o zamandır ki, meyiti dəfn etdikdən sonra meyitin yaxınları hamı gedəndən sonra yüksək səslə ona təlqinlər etsinlər. Yaxşı olar ki, iki əlini qəbrə qoyub, ağızlarını qəbrə yaxılaşdırsınlar və bu halda təlqinlər etsinlər. Əgər ondan ayrılmaq yangısı buna imkan verməzsə, başqasına bu işi tapşırsınlar".

Hədislərin birində oxuyuruq: "Bu təlqinləri edən zaman Nəkirlə Münkir deyərlər: "Gəl gedək, sorgu-suala ehtiyac qalmadı". Qayıdar və sual verməzlər".

Əbuzər Ğəffarinin oğlu vəfat edən zaman atası qəbrin başında dayanır və deyir: "Ey Zər! Allah sənə rəhmət etsin. Allaha and olsun ki, sən mənə qarşı yaxşı olmusan. Övladlıq şərtini yerinə yetirmisən. İndi ki, səni məndən alıblar, mən səndən razıyam. Allaha and olsun ki, sənin getməyin məni qorxutmur. Allaha and olsun ki, sənin ölümün üçün ağlamıram. Öldüyünə görə qəm yemirəm, tək qəmim sənin sabahkı halına görədir. Ey kaş biləydim ki, sənə qəbirdə nə dedilər və sən nə cavab verdin? Allahım! Mənim ona görə boynuma qoyduğun haqqını bağışlayıram. Sən də onun üzərində olan haqqını bağışla ki, səxavət göstərməyə Sən məndən daha layiqsən".

İmam Baqirdən (ə) nəql edilir ki, o kəs ki, Ramazan ayının 23-cü gecəsində əhya saxlayar və yüz rükət namaz qılarsa, Allah Nəkirlə Münkirin qorxusunu ondan uzaq edər.

Əllamə Məclisi nəql edir ki, Kufədən olan iman əhlindən biri nəql edir: "Mən yağışlı bir gecədə Kufə məscidində idim. Birdən Həzrət Müslimin qəbir tərəfindən olan qapı çırpıldı. Qapını açıb cənazəni daxil etdilər və Həzrətin qəbrinin kənarına qoydular. Cənazənin yanında bir neçə nəfər var idi ki, onlardan birini yuxu aparır. Yuxuda görür ki, cənazənin yanında iki nəfər vardır. Biri o birisinə deyir ki, bizimlə onun hesabımız vardır. Getməmiş ondan alaq. Çünki Nəcəf vadisinə yaxınlaşsa, ona yaxın gələ bilmərik. Bu zaman oyanır. Yuxunu dostlarına danışır. Bu zaman cənazəni götürüb Nəcəfə daxil etdilər ki, onu hesab və əzabdan qurtarsınlar".

Muhəqqiq Behbani nəql edir: "Həzrət İmam Hüseyni (ə) yuxuda gördüm. Dedim: "Ey mənim mövlam! Sizin yanınızda dəfn olunanlardan sual olunurmu?" Buyurur: "Hansı mələk bu işə cürət edə bilər ki?".

Muhəddis Qumi nəql edir: "Hacı Əli Bağdadi İmam Zamanla (ə.f) görüşən zaman Həzrətdən (ə.f) soruşur: "Bu düzdürmü ki, hər kim cümə gecəsi İmam Hüseyni (ə) ziyarət edər, amandadır?" Buyurur: "Bəli." Sonra o mübarək gözlərindən göz yaşı axır və ağlayır. Dedim: "Ağacan, mən 1269-cu Hicri ilində İmam Rzanı (ə) ziyarət etmişəm. Orada Nəcəfin şərqindəki səhrada oturanlardan biri ilə görüşdüm və ondan soruşdum ki, İmam Rzanın (ə) vilayəti necədir? Dedi: Behiştdir. Bu gün 15 gündür ki, mən mövlam İmam Rzanın (ə) malından yemişəm. Nəkirlə Münkirin nə haqqı vardır ki, qəbirdə mənim yanıma gəlsin. Mənim bu yeməkdən ətim əmələ gəlmişdir. Bu düzdürmü ki, İmam Rza (ə) gələcək və onu Nəkirlə Məkirdən xilas edəcəkdir?". Buyurdu: Bəli. Cəddim zamindir".

Milli.Az


Etiketlər:  Nəkirlə Münkir qəbirdə zaman sorğu sual etməzlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ