Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadınlarla məsləhətləşmək barədə

Qadınlarla məsləhətləşmək barədə

Tarix: 6 Noyabr 2021 21:50

İmam Əli (ə) "Nəhcul-bəlağə"dəki xütbələrdən birində buyurur ki, qadınlarınızla məsləhətləşməyin. Bu günün bəzi kişiləri də İmamın (ə) bu sözünü əldə bayraq edərək, qadınların ailədəki mövqeyini sarsıdırlar. İmam (ə) bu tövsiyəni öz övladına vermişdir. Çünki o zamanın qadınları həm savadsız idi, həm də cəmiyyətdə baş verən hadislərdən uzaq idilər. Yəni, bu qadınların əsl işi övlad dünyaya gətirmək, onu tərbiyə etmək və ailə işləri ilə məşğul olmaq idi.

Qadın ölkənin və ya dinin dərinliklərindən nə bilirdi ki, ərinə də nə məsləhət versin?! Çünki əgər qadın Həzrət Fatimə (s.ə) kimi elmli və agahlı olsaydı, İmam (ə) bu cür qadınla məsləhətləşməyi məgər buyurmazdımı?

Hər kim "Nəhcul-bəlağə"ni oxuyur və onun ab-havasına daxil olubdursa, yaxşı bilir ki, o zamanda nəinki qadınlar, hətta kişilərin əksər hissəsi belə dindən agahsız və uzaq idilər.

Bu günün şəraiti o zamanın şəraiti ilə fərqlidir. Bu gün elm inkişaf etmişdir. Səhrada yaşayan savadsız ərəb qadını ki, nə oxumağı bilirdi və nə də yazmağı, bu günün mütəxəssis və söz sahibi olan qadınları ilə fərqlənir. Bu gün qadınların vəziyyəti həm ictima və həm də siyasi baxımdan çox dəyişmişdir.

Ona görə də deyə bilərik ki, Həzrət Fatimə (s.ə), Həzrət Xədicə (s.ə) kimi qadınlarla məsləhətləşmək insanı düz yola hidayət edər.

Bu məsələ ilə əlaqəli İmam Əli (ə) buyurur: "Qadınlarla məsləhətləşməkdən çəkin, çünki rəy və nəzərləri mənbəsiz, qərarları isə süst və iradəsizdir".

Beləliklə İmamın (ə) bu kəlamında elə həmin şübhənin izahı vardır ki, əgər qadınların rəyi və nəzərləri agahcasına, qərarları iradəli olarsa, deməli onlarla məsləhətləşmək olar. Bu günün qadınları, kişilər kimi elmi təhsil almış və dini agahlığa malik olan insanlardır. Onlar da kişilər kimi cəmiyyətə faydalı olan insanlardır.

Deməli, İmam Əli (ə) qadınlarla məsləhətləşməyi tam şəkildə qadağan etməmişdir. İmam (ə) o qadınla məsləhətləşməyi münasib bilmir ki, fikirləri və düşüncələri xam və bişməmişdir.

Belə ki, başqa bir hədisdə isə oxuyuruq: "Qadınlarla məsləhətləşməkdən çəkin, məgər o halda ki, onlarda kamalı təcrübə etmiş olasan".

Gördüyümüzkimi, İmam (ə) bu hədisdə düşüncəli və blikli qadınları istisna etmişdir.


Etiketlər:  Qadınlarla məsləhətləşmək barədə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ