Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çox səs-küylü yerdə namaz qılan adam öz səsini eşitmirsə...

Çox səs-küylü yerdə namaz qılan adam öz səsini eşitmirsə...

Tarix: 7 Noyabr 2021 19:22

Namaz qılan zaman səs-küylü və ya sakit yeri arasında fərq yoxdur. Yəni sakit yerdə namazın sözləri hansı ucalıqda tələffüz edilməlidirsə, çox səs-küylü yerdə də eyni qaydaya riayət edilməlidir. Məsələn, sakit yerdə qılınan sübh, məğrib və işa namazlarının birinci və ikinci rükətlərində surələri oxuyarkən insan öz səsini eşitməlidir. Amma çox səs-küylü yerdə namaz qılan adamın öz səsini eşitməsi vacib deyil, səsini sakit yerdəki kimi nizamlasa kifayətdir. Əgər insan namaz sözlərində səhvə yol versə, səhvini düzəldərək bir daha həmin sözləri söyləməlidir, əlavə olaraq heç nə etmək tələb olunmur. Əgər səhv etməsinə şübhəsi varsa və şübhəsi əsaslıdırsa, bir daha həmin kəlmələri təkrar edə bilər. Əgər şübhəsi əsaslı deyilsə, yəni vəsvəsəyə düşürsə, buna etina etməməli və namazını davam etdirməlidir.


Etiketlər:  Çox səs küylü yerdə namaz qılan adam səsini eşitmirsə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ