Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sufi təriqətləri öz silsiləsini haradan başlayır?

Sufi təriqətləri öz silsiləsini haradan başlayır?

Tarix: 7 Noyabr 2021 21:56

Böyük arif və sufilər təsəvvüf ənənəsinin Peyğəmbərdən Əhli-beyt imamlarına, onlardan da ilk sufilərə ötürüldüyünə inanırdılar. Beləcə, təsəvvüf təriqətlərinin istisnasız olaraq hamısının silsiləsində Əhli-beyt imamlarının adı ilk halqalarda durur.

Qadiriyyə, şaziliyyə, rifaiyyə, mövləviyyə, səfəviyyə, sührəvərdiyyə, zahidiyyə, çiştiyyə, zəhəbiyyə, xəlvətiyyə, bəktaşiyyə, nemətullahiyyə, yəsəviyyə kimi təriqətlərin silsilə zənciri Həzrət Mühəmməd Peyğəmbər vasitəsilə İmam Əliyə, ondan da ya oğulları İmam Həsənlə Hüseynə, ya da böyük alim Həsən Bəsriyə keçir.

Həsən Bəsri vasitəsilə davam edən silsilə də adətən İmam Rzanın şəxsində Əhli-beyt ilə bir daha birləşir. İmam Rza təsəvvüf sirlərini Məruf Kərxiyə öyrətmişdi və əksər təriqətlər də onun izi ilə gedirdi. Sufi təriqətləri içində yalnız nəqşbəndiyyə öz silsiləsini Peyğəmbərdən sonra Əbu Bəkr vasitəsilə davam etdirir, amma bu zəncirin də növbəti halqalarından biri İmam Cəfər Sadiqdən ibarətdir.


Etiketlər:  Sufi təriqətləri silsiləsini haradan başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ