Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2021 05:08
Türkiyə klublarının Çempionlar Liqasında ən böyük hesabla məğlub olduqları oyunların siyahısı açıqlanıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, 10 matçın göstərildiyi görüşlər arasına həftəiçi "Beşiktaş"ın "Sportinq"ə 0:4 hesablı yenilgisi düşməyib.
Çünki ilk "10-luq"dakı biabırçı məğlubiyyətlər arasında ən şükürlüsü 5 top fərqli məğlubiyyətlərdir. Diqqətçəkən məqam Türkiyə futbol tarixinin Çempionlar Liqasındakı ən biabırçı yenilgilərini məhz "Beşiktaş"ın almasıdır.
"Liverpul" - "Beşiktaş" - 8:0 (6 noyabr 2007-ci il)
"Lids" - "Beşiktaş" - 6:0 (26 sentyabr 2000)
"Dinamo" (Kiyev) - "Beşiktaş" - 6:0 (6 dekabr 2016)
"Real" - "Qalatasaray" - 6:0 (6 noyabr 2019)
"Valensiya" - "Bursaspor" - 6:1 (24 noyabr 2010)
"Qalatasaray" - "Real" - 1:6 (17 sentyabr 2013)
"Qalatasaray" - "Çelsi" - 0:5 (20 oktyabr 1999)
"Barselona" - "Beşiktaş" - 5:0 (8 noyabr 2000)
"Bavariya" - "Beşiktaş" - 5:0 (20 fevral 2018)
PSJ - "Qalatasaray" - 5:0 (11 dekabr 2019)