Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Filmini çəkməyən şirkətdən 300 min istəyir

Filmini çəkməyən şirkətdən 300 min istəyir

Tarix: 8 Noyabr 2021 13:10

Rejissor, aktyor və ssenarist Sermiyan Midyat məhkəməyə müraciət edib. 

Belə ki, Mersində çəkiləcək Cellabi filmində baş rolu oynamaq üçün iki il əvvəl "Blackwell Productions" prodüser şirkəti ilə anlaşıb. Film çəkilmədikdən sonra Midyat məhkəmədə iddia qaldırıb.

Sonxeber.net OLAY-a istinadən yazır ki, Midyatın vəkili Baver Karakaşın məhkəməyə təqdim etdiyi vəsatətdə şirkətin Mersində sözügedən filmdə rol alacaqlarını iddia edərək yerli əhalidən pul yığdığı iddia edilib. 

Məhkəməyə təqdim edilən vəsatətdə "Sözügedən filmin çəkilişi həyata keçirilə bilmədi. Sermiyan Midyat da filmə dəvət edilməyib. Müvəkkilimə heç bir bildiriş verməyən prodüser şirkəti Mersin bölgəsində də film çəkilişi yaratmayıb.  Müştəri filmin mətbuatda təbliği ilə bağlı görüntülərə və xəbərlərə yer verib. Filmin çəkilməməsi müştərinin ləyaqətinə, reputasiyasına və işgüzar nüfuzuna xələl gətirirdi. Biz müştəriyə dəymiş maddi və mənəvi ziyanın ödənilməsini istəyirik. Bu səbəbdən də cavabdeh şirkətdən 100 min lirə mənəvi və 200 min maddi cəza tələb edirik", deyə bildirib. 


Etiketlər:  Filmini çəkməyən şirkətdən istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ