Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2021 08:38
Rusiyanın Primorsk diyarının Naxodka limanının yaxınlığında konteyner daşıyan gəmi yarıya bölünüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Naxodka limanının xilasetmə bölməsi məlumat yayıb.
Bildirilib ki, Panama bayrağı altında üzən "Rise Shine" adlı gəmi sahilə yan aldıqdan sonra bölünüb.
Hazırda ekipajın təxliyəsi üçün müvafiq tədbirlər görülür.
İlkin məlumatlara görə, gəminin uzunluğu 101 metr, eni isə 19 metrdir.