Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2021 13:08
Azərbaycanlı bodibilder Fuad Quluzadə İspaniyanın Kataloniya vilayətində yerləşən Santa Suzannada keçirilmiş dünya çempionatında bürünc medal qazanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, kişi və qadın bodibilderlər arasında gənclər, böyüklər və veteranlar (masters) kateqoriyası üzrə keçirilən dünya çempionatında idmançımız 100 kq çəki dərəcəsində çıxış edib.
O, göstərdiyi performansla münsiflər heyəti tərəfindən bürünc medala layiq görülüb.
Qeyd edək ki, Fuad Quluzadə həm də "İdman" telekanalında "Xəbərlər" redaksiyasının əməkdaşıdır. O, bu il Avropa ikincisi olmağı da bacarıb.