Tarix: 29 Aprel 2019 13:32
"Belə bir oyunda məğlub olmaq çox üzücüdür".
Qol.az xəbər verir ki, bu sözləri millimizin və “Tobol”un qapıçısı Emil Balayev klubun rəsmi saytına açıqlamasında deyib. Qazaxıstan Premyer Liqasının 8-ci turunda səfərdə "Astana"ya 1:2 hesabı ilə məğlub olduqları görüşü dəyərləndirən 25 yaşlı qolkiper matçın nəticəsinin ədalətli olmadığını bildirib:
"Komandamız bütün gücünü ortaya qoydu. Hər birimiz qələbə qazanmaq istəyirdik. Azarkeşlərimizin bizdən bunu gözlədiyini bilirdik. Bu oyunda məğlubiyyətə layiq deyildik. Azarkeşlərimizə görə çox məyus olduq. Çünki onlar oyuna gəlib, bizi sona qədər dəstəklədilər. Gözəl oyun sərgiləsək də, nəticə ürəyimizcə olmadı. Səhvlərimizin üzərində çalışacağıq".
Qeyd edək ki, "Tobol" 16 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Astana"dan 6 xal geri qalan Balayevin komandası liderdən 1 oyun az keçirib.